Sənaye mülkiyyəti obyekti üçün patent.

Print

Ünvan:

Tel: (036) 544-66-26
Physical Address: Azərbaycan məh. 29.
City: Naxçıvan
Website: http://www.smpdk.nakhchivan.az
İcazəverici sənəd haqqında ətraflı məlumat
İcazənin adı

Sənaye mülkiyyəti obyekti üçün patent.


Əlavə məlumat

Sənaye mülkiyyətinə hüquqların tanınması.


İcazənin verilməsinə görə ödənişin məbləği

İxtira, faydalı model və sənaye nümunəsinə iddia sənədinin verilməsi üçün (iddia sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla):
Bir ixtira, bir faydalı model və bir sənaye nümunəsi üçün—10 manat.
Əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün—7 manat.
Əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün—7 manat.
Sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün—5 manat.
İddia sənədinin mətninin 30-dan artıq hər səhifəsi üçün—1 manat.
İddia sənədi üzrə ilkinliyin xahiş edilməsi üçün (bir ədəd ilkinlik üçün)—7 manat.

Sənaye mülkiyyəti obyektinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı:
ixtira üçün—10 manat;
faydalı model üçün—7 manat;
sənaye nümunəsi üçün—7 manat.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

İxtira və faydalı model - 20 ay;

Sənaye nümunəsi- 14 ay.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

İxtira və ya faydalı model barəsində iddia sənədinə daxildir:
1) Müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər), həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə;
2) ixtiranın və ya faydalı modelin mahiyyətini tam açıqlayan və həyata keçirilməsi üçün kifayət qədər aydınlıq yaradan təsviri;
3) ixtiranın və ya faydalı modelin təsvirinə əsaslanan və mahiyyətini ifadə edən düsturu;
4) iddia obyektinin mahiyyətinin başa düşülməsi üçün zəruri olan çertyojlar və başqa materiallar;
5) referat.

Sənaye nümunəsi barəsində iddia sənədinə daxildir:
1) müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər), həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə;
2) məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan fotoşəkil dəsti, maket və ya rəsm;
3) sənaye nümunəsinin mahiyyətini açıqlamaq zəruri olduqda məmulatın ümumi görkəminin çertyojları, erqonomik sxemi, konfeksiya xəritəsi; 4) sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsviri.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1) “Patent haqqında”312-IQ saylı, 10 iyun 1997-ci il tarixli Qanunı;
2) “Dövlət rüsumu haqqında” 223-IIQ saylı, 4 dekabr 2001-ci il tarixli Qanun.