Əmtəə nişanlarının qeydiyyat şəhadətnaməsi.

Print

Ünvan:

Tel: (036) 544-66-26
Physical Address: Azərbaycan məh. 29.
City: Naxçıvan
Website: http://www.smpdk.nakhchivan.az
İcazəverici sənəd haqqında ətraflı məlumat
İcazənin adı

Əmtəə nişanlarının qeydiyyat şəhadətnaməsi.


Əlavə məlumat

Əmtəə nişanına hüquqların qorunması.


İcazənin verilməsinə görə ödənişin məbləği

İddia sənədinə baxılması 60 manat (əmtəənin və ya göstərilən xidmətin 5-dən artıq hər sinfi üçün 25 manat);

Şəhadətnamə üçün:
əmtəə nişanı 45 manat;
kollektiv nişan 60 manat.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

7 ay


İcazənin qüvvədə olma müddəti

10 il


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

1) Ərizə, ərizədə göstərilməlidir:
iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);
iddia edilən nişanın şəkli və üçölçülü forması;
əmtəələrin, xidmətlərin, nişanların qeydiyyatı üçün əmtəələrin və xidmətlərin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısı;
əmtəə nişanının rəngi;
nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsi;
2) dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
3) iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd;
4) kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin siyahısı, vahid keyfiyyət və digər xüsusiyyətləri;
5) zəruri halda əmtəə nişanının Qanunun 10-cu maddəsinə uyğun ilkinliyini təsdiq edən sənəd.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1) Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” 504-IQ saylı, 12 iyun 1998-ci il tarixli Qanun;
2) “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 166 saylı, 15 oktyabr 1999-cu il Qərarı;
3) “Dövlət rüsumu haqqında” 223-IIQ saylı, 4 dekabr 2001-ci il tarixli Qanun.