Tikinti layihələrinə dair dövlət ekspertizasının rəyi.Ünvan:
İcazəverici sənəd haqqında ətraflı məlumatİcazənin adıTikinti layihələrinə dair dövlət ekspertizasının rəyi. Əlavə məlumat Qüvvədə olan tikinti norma və qaydalarına uyğun olmayan, insanların həyatı, sağlamlığı və əmlakı üçün təhlükəli binaların və qurğuların tikilməsinin və istifadəsinin qarşısının alınması. İcazənin verilməsinə görə ödənişin məbləği Ödənişsiz. İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır) 30 gündən – 45 günədək (ümumi müddət – 25 iş gününədək, obyektin təyinatından və layihənin mürəkkəbliyindən asılı olaraq – 50 iş gününədək, kommersiya obyektləri üçün – 20 iş gününədək). İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı Müraciət məktubu; İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi) 1. Nazirlər Kabinetinin 22 oktyabr 1992-ci il tarixli, 572 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində müəssisə, bina və qurğuların tikintisi üçün layihələrin (iş layihələrinin), habelə texniki-iqtisadi əsaslandırmaların (TİƏ) və texniki-iqtisadi hesablamaların (TİH) ekspertizasının aparılması, təsdiq və yenidən təsdiq edilməsi Qaydası”. |