Veksellərin dövlət reyestrinə daxil edilməsi ilə vekselin üzərinə xüsusi ştamp vurulur.

Print

Ünvan:

Tel: (036) 545-02-17
Physical Address: Z.Həmzəyeva küçəsi 1.
Postal Address: Az 7000
City: Naxçıvan
Website: http://www.medeniyyet.nakhchivan.az
İcazəverici sənəd haqqında ətraflı məlumat
İcazənin adı

Veksellərin dövlət reyestrinə daxil edilməsi ilə vekselin üzərinə xüsusi ştamp vurulur.


Əlavə məlumat

Vekselin hüquqi qüvvəyə minməsi.


İcazənin verilməsinə görə ödənişin məbləği

3 manat


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

7 gün.


İcazənin qüvvədə olma müddəti

Tədavül müddəti ərzində.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Hüquqi şəxsin adını, təşkilati-hüquqi formasını, hüquqi ünvanını, xidmət olunduğu bankın adını, hesablaşma hesabının nömrəsini və fəaliyyət növünü, fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı) əks etdirən ərizə;
Hüquqi şəxsin təsis sənədlərinin (təsis müqaviləsi və nizamnamə) və dövlət qeydiyyatı haqqında şəhadətnamənin təsdiq edilmiş surətləri;
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin təsdiq edilmiş surəti;
Vekselin buraxılmasına səbəb olan sənədlərin (kontrakt, müqavilə, saziş və s.) təsdiq edilmiş surətləri;
Sonuncu hesabat dövrü üçün mühasibat balansı və maliyyə nəticələri haqqında hesabat, kredit təşkilatları üçün əlavə olaraq bank lisenziyası;
Vekselin dövlət reyestrinə daxil edilməsi üçün müəyyən edilmiş rüsumun ödənilməsini təsdiq edən sənəd.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1. “Azərbaycan Respublikasında Veksellərin Dövriyyəsi Haqqında” Əsasnamə.
2. QKDK tərəfindən təsdiq edilmiş 02 fevral 2000-ci il tarixli, 022 nömrəli Əmr.