Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə xüsusi icazə.

Print

Ünvan:

Tel: (036) 544-04-49
Physical Address: Əlincə məh. 7
Postal Address: Az 7000
City: Naxçıvan
Website: http://www.neqliyyat.nakhchivan.az
İcazəverici sənəd haqqında ətraflı məlumat
İcazənin adı

Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə xüsusi icazə.


Əlavə məlumat

Ümumi istifadədə olan avtomobil yolları ilə iriqaqbaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə nəzarət.


İcazənin verilməsinə görə ödənişin məbləği

Naxçıvan Muxtar Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri;
İriqabaritli və (və ya) ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

15 gün.


İcazənin qüvvədə olma müddəti

30 gün (yalnız bir daşınmanın həyata keçirilməsi üçün verilir).


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

1) Ərizə
2) Avtoqatarın sxemi - daşınmada iştirak edən bütün nəqliyyat vasitələri, onların oxlarının və təkərlərinin sayı, oxlararası məsafə və oxlar üzrə yüklənmənin paylanması təsvir edilməklə;
3) Yükün ayrı-ayrı hissələrə bölünməzliyini təsdiq edən sənədlər.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

“Naxçıvan Muxtar Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Naxçıvan Muxtar Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Naxçıvan Muxtar Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 17 avqust 2009-cu il tarixli 52 nömrəli Qərarı.