Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayış.

Print

Ünvan:

Tel: (036) 545-00-36
Physical Address: Əziz Əliyev küçəsi 41.
Postal Address: Az 7000
City: Naxçıvan
Website: http://www.vergi.nakhchivan.az
İcazəverici sənəd haqqında ətraflı məlumat
İcazənin adı

Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayış.


Əlavə məlumat

Vergi nəzarəti məqsədilə.


İcazənin verilməsinə görə ödənişin məbləği

Ödənişsiz.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

2 gün.


İcazənin qüvvədə olma müddəti

Müddətsiz.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Ərizəyə filialın və ya nümayəndəliyin əsasnaməsinin, filialın, nümayəndəliyin və ya təsərrüfat subyektinin fəaliyyətə başlaması və onun rəhbəri haqqında (təsərrüfat subyektinin rəhbəri onun istifadəçisi olan fiziki şəxsin özü olduqda rəhbər barədə qərar tələb edilmir) vergi ödəyicisinin qərarlarının, habelə bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir ya elektron formada vergi orqanına ötürülür.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.