Bank fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin qeydiyyatı.

Print

Ünvan:

Tel: (036) 545-00-36
Physical Address: Əziz Əliyev küçəsi 41.
Postal Address: Az 7000
City: Naxçıvan
Website: http://www.vergi.nakhchivan.az
İcazəverici sənəd haqqında ətraflı məlumat
İcazənin adı

Bank fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin qeydiyyatı.


İcazənin verilməsinə görə ödənişin məbləği

220 manat.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

3 gün.


İcazənin qüvvədə olma müddəti

Müddətsiz.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

1. Ərizə forması;
2. Təsis qərarı;
3. Nizamnamə kapitalının minimum miqdarı 10 milyon ABŞ dollarının manat ekvivalenti;
4. Mərkəzi Bankın ilkin razılıq məktubu;
5. Nizamnamə (2 nüsxədə);
6. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
7. Təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənəd;
8. Qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənəd;
9. Hüquqi ünvanı təsdiq edən sənəd;
10. Təsisçi hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarış) və nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu.