Yeyinti məhsulları üzərində “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə icazə məktubu.Ünvan:
İcazəverici sənəd haqqında ətraflı məlumatİcazənin adıYeyinti məhsulları üzərində “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə icazə məktubu. Əlavə məlumat Məhsullara müalicəvi və onlara bərabər tutulan adların verilməsinin qanunvericiliyə uyğunluğu. İcazənin verilməsinə görə ödənişin məbləği Ödənişsiz. İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır) 15 gün. İcazənin qüvvədə olma müddəti Məhsulun istehsalına dair normativ sənədin qüvvədə olma müddətinə uyğun. İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı Məhsulun istehsalına dair normativ sənəd (AZS, texniki şərtlər). İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi) “Yeyinti məhsulları haqqında” 18.11.1999 tarixli 759-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (maddə 11). |