Obyektin tikinti-quraşdırma işlərinin aparılmasına icazə
Ünvan:
- Tel:
İcazəverici sənəd haqqında ətraflı məlumat
İcazənin adıObyektin tikinti-quraşdırma işlərinin aparılmasına icazə
Əlavə məlumatObyektin elektrik təchizatını təmin etmək üçün
İcazənin verilməsinə görə ödənişin məbləğiÖdənişsiz.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)1 gün.
İcazənin qüvvədə olma müddətiSifarişçi və podratçı ilə razılaşdırılmış müddətə (tikinti işləri tam başa çatdırılana qədər).
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı1. Təsdiq olunmuş layihə sənədləri və ilkin sənədlər; 2. Layihənin dövlət ekspertizasının nəticələri haqqında və layihənin müvafiq orqan və təşkilatlarla razılaşdırılması barədə sənədlər; 3. Podrat müqaviləsi; 4. Texniki nəzarətçi və icraçısının sənədləri; 5. Müəllif nəzarəti üzrə sənədlər.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)1 .Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 158 nömrəli Qərarı (səhifə 104, 10-cu bənd, 2-ci abzas) 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.12.2008-ci il tarixli, 272 nömrəli Qərarı (səhifə 5, bənd 3.3.7. və səhifə 9, bənd 3.6.2.) 3. Az DTN 1.6-1 normativ sənədi (səhifə 3, bənd 4.2.)
|