Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması, mehmanxanaların təsnifatı (kateqoriya verilməsi)
Ünvan:
- Tel: (036) 545-02-53
- Physical Address: H.Əliyev pr. Heydər Əliyev Sarayı
- Postal Address: Az 7000
- City: Naxçıvan
- Website: http://www.medeniyyet.nakhchivan.az
İcazəverici sənəd haqqında ətraflı məlumat
İcazənin adıTurist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması, mehmanxanaların təsnifatı (kateqoriya verilməsi)
İcazənin qüvvədə olma müddəti3 il.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı1. Sertifikat və şəhadətnamə almaq üçün ərizə: Ərizədə aşağıdakılar öz əksini tapmalıdır; hüquqi şəxslər üçün – adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, sahibkarlıq fəaliyyətinin növü; fiziki şəxslər üçün – adı , atasının adı, soyadı, səxsiyyət vəsiqəsinə dair məumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), sahibkarlıq fəaliyyətinin növü; 2. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)1. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 aprel tarixli Fərmanı. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 16 iyul tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”. 3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 sentyabr tarixli1 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”. 4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərar və sərəncamlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 2006-cı il 22 may tarixli 43 nömrəli Qərarı.
|