İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Dini orta ixtisas tədris müəssisələri üçün xüsusi razılıq (lisenziya).

İcazənin adı

Dini orta ixtisas tədris müəssisələri üçün xüsusi razılıq (lisenziya).


İcazənin verilməsinə görə ödənişin məbləği

4000 manat


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

15 gün.


İcazənin qüvvədə olma müddəti

5 il.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Lisenziya almaq üçün ərizə.
Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
Hüquqi şəxslər üçün - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;
Fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;
Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
Lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
Fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1.Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”.
2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 510 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 07 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”.
4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2010-cu il tarixli 90 nömrəli “Naxçıvan Muxtar Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verən icra hakimiyyəti orqanlarının siyahısının təsdiq edilməsi haqqında” Qərarı.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ