Uyğunluq sertifikatı.
Uyğunluq sertifikatı.
Əlavə məlumat
Məhsulların müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunun təsdiq olunması.
İcazənin verilməsinə görə ödənişin məbləği
20 manat
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
30 gün.
İcazənin qüvvədə olma müddəti
1-2 il (Attestasiya olunmuş istehsalatda uyğunluq sertifikatının qüvvədə olma müddəti iki il, attestasiya olunmamış istehsalatda isə bir ildir. Məhsul partiyasına verilən uyğunluq sertifikatının qüvvədə olma müddəti hər konkret halda məhsulun saxlanma şəraiti, yararlılıq müddəti nəzərə alınmaqla, sertifikatlaşdırmanı aparan orqan tərəfindən, lakin bir ildən artıq olmayaraq müəyyən edilir.).
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
1) Sifariş ərizəsi. Ərizədə aşağıdakı məlumat göstərilir:
a) Sifarişçinin adı və hüquqi ünvanı;
b) istehsal olunan məhsulun adı;
c) seriya istehsalı və ya müəyyən miqdarda partiya;
d) sifariş verilmiş məhsula dair normativ sənədin adı, işarəsi.
Seriya şəklində istehsal olunan məhsullar üçün:
1) normativ sənədlər (zərurət olduqda);
2) keyfiyyəti idarəetmə sisteminin sertifikatının surəti (olduqda);
3) istehsalçının apardığı sınaqların protokolları;
4) gigiyenik sertifikatın surəti;
5) heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti;
6) emal olunmamış bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatının surəti;
7) qanunvericilikdə nəzərdə tutulduğu halda xüsusi razılığın surəti.
Partiya şəklində istehsal olunan məhsullar üçün:
1) müqavilənin (kontraktın) surəti;
2) sınaq protokolları (olduqda);
3) gigiyenik sertifikatın surəti;
4) istehsalçının məhsula verdiyi keyfiyyət sertifikatının surəti (olduqda);
5) heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti;
6) emal olunmamış bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatının surəti.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1) “Yeyinti məhsulları haqqında” 759-IQ saylı, 18 noyabr 1999-cu il tarixli Qanun;
2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” 142 saylı, 25 sentyabr 2007-ci il tarixli Qərarı.
3) Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 1993-cü il tarixli 343 saylı Qərarı.