İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Tanınma sertifikatı.

İcazənin adı

Tanınma sertifikatı.


İcazənin verilməsinə görə ödənişin məbləği

20 manat


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

Xarici sertifikatın tanınmasının mümkünlüyü və ya tanınmadan imtina barədə sifarişin daxil olduğu tarixdən 5 gün, tez xarab olan məhsullar üçün 2 gün müddətində qərar qəbul edilir.


İcazənin qüvvədə olma müddəti

Məhsulun yararlılıq müddətinə və uyğunluq sertifikatının qüvvədə olma müddətindən asılı olaraq dəyişir.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

1) sertifikatın tanınmasına sifariş;
2) uyğunluq sertifikatının əslini və ya onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” 142 saylı, 25 sentyabr 2007-ci il tarixli Qərarı.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ