İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Coğrafi göstəricinin qeydiyyat şəhadətnaməsi.

İcazənin adı

Coğrafi göstəricinin qeydiyyat şəhadətnaməsi.


İcazənin verilməsinə görə ödənişin məbləği

İddia sənədinə baxılması 60 manat.
Şəhadətnamə üçün 30 manat.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

7 ay


İcazənin qüvvədə olma müddəti

10 il


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

1) Ərizə, ərizədə göstərilməlidir:
qeydiyyat barəsində vəsatət;
iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);
ddia edilən coğrafi göstəricinin şəkli;
coğrafi göstəricinin aid ediləcəyi əmtəənin və ya xidmətin adı; əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi obyektin hüdudları;
əmtəənin xüsusiyyətlərinin təsviri.
2) dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
3) iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd;
4) kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin siyahısı, vahid keyfiyyət və digər xüsusiyyətləri;
5) zəruri halda “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 10-cu maddəsinə uyğun ilkinliyini təsdiq edən sənəd;
6) iddiaçının göstərilən coğrafi obyektdə olması, şöhrəti, xüsusiyyəti başlıca olaraq coğrafi mənşəyindən irəli gələn əmtəəni istehsal etməsi və ya xidməti göstərməsi barədə sənəd və müvafiq icra hakimiyyəti orqanının rəyi;
7) əmtəənin mənşə ölkəsində iddiaçının iddia etdiyi coğrafi göstərici üzərində hüququnu təsdiq edən sənəd.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1) Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” 504-IQ saylı, , 12 iyun 1998-ci il tarixli Qanun;
2) Nazirlər Kabinetinin 166 saylı, 11 sentyabr 2000-ci il tarixli qərarı;
3) “Dövlət rüsumu haqqında” 223-IIQ saylı, 4 dekabr 2001-ci il tarixli qanun.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ