Ekspertiza rəyi.
Ekspertiza rəyi.
Əlavə məlumat
Təbiətdən istifadəyə xüsusi icazə.
İcazənin verilməsinə görə ödənişin məbləği
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.02.2001-ci il tarixli 41 saylı qərarına əsasən layihələndirməyə çəkilən xərcə müvafiq.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
ƏMTQ sənədləri üçün 3 ay.
Digər rəylər üçün 1 ay.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Ərizə;
Müəssisənin rekvizitləri;
Torpaq sahəsinin istifadəsi barədə hüquqi sənəd;
Təsərrüfat fəaliyyəti barədə məlumat, hər bir istehsalat və xidmət fəaliyyət sahəsi göstərilməklə istifadə olunan avadanlıqların texniki-layihə sənədləri;
İstehsalatda əsas və koməkçi xammal növləri barədə məlumat;
İstehsal olunan və göstərilən xidmətin növü və layihə gücü;
İstifadə olunan enerji növləri;
Müəssisənin su təchizatı və çirkab suların axıdılması barədə məlumat;
Müəssisədə əmələ gələn tullantıların idarə olunması barədə məlumat;
İstehsalat tullantılarının təkrar istifadəsinin mümkünlüyü, həcmi barədə məlumat;
Obyektin yerləşdirilməsi barədə Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəyi.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının 08 iyun 1999-cu il tarixli, 678-İQ nömrəli Qanunu.
2. Ətraf mühitə təsirlərin qiymətləndirilməsi (ƏMTQ) haqqında Əsasnamə.