İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Mübadilə şöbələri üçün icazə.

İcazənin adı

Mübadilə şöbələri üçün icazə.


Əlavə məlumat

Mübadilə əməliyyatlarını həyata keçirən subyektlərə nəzarətin təmin olunması.


İcazənin verilməsinə görə ödənişin məbləği

Ödənişsiz.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

30 gün.


İcazənin qüvvədə olma müddəti

Müddətsiz.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Ərizə;
Mübadilə şöbəsinin yaradılması və əsasnaməsinin təsdiq edilməsi barədə bankın səlahiyyətli idarəetmə orqanının qərarının notariat qaydasında təsdiq edilmiş surəti və ya iclas protokolundan çıxarış;
Mübadilə şöbəsinin əsasnaməsi;
Mübadilə şöbəsinin hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, bankın mülkiyyət hüququnu təsdiq edən sənəd);
Mübadilə şöbəsinin fəaliyyət göstərəcəyi yerin texniki-təchizat və təhlükəsizlik tələblərinə cavab verməsi barədə arayış;
Mübadilə şöbəsinin mühafizə olunmasına dair müqavilənin və mühafizə siqnalizasiya vasitələri ilə təchiz edilməsi barədə qəbul aktının əsli və ya bankın səlahiyyətli şəxsi tərəfindən təsdiq edilmiş surəti;
Mübadilə şöbəsinə təyin edilməsi təklif edilən inzibatçının peşə ixtisası və təcrübəsi (təhsil və əmək fəaliyyəti) haqqında məlumatın göstərildiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri, onun barəsində məlumatları əks etdirən anket, tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə, milli və xarici valyutaların həqiqiliyini müəyyən etməsi bacarığını, ödəniş sənədləri ilə işin xüsusiyyətini və bu Qaydaların tələblərini bilməsini təsdiqləyən və bankın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş arayışı.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1) "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunu,
Tarix: 16.01.2004
№ 590-IIQ
2) "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"
Tarix: 28.06.2006
Dövlət qeydiyyatı 07.07.2006
№ 3229


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ