İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Nəqliyyat vasitələrinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə.

İcazənin adı

Nəqliyyat vasitələrinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə.


Əlavə məlumat

Təhlükəli maddə və məmulatların daşınmasına nəzarət.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

10 gün.


İcazənin qüvvədə olma müddəti

12 aya qədər.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Ərizə;
Tutuma sahibliyi təsdiq edən sənəd;
Sahibkarın VÖEN-i;
Avtotutumun texniki pasportu;
Şəhadətnamə verilən sahibkarla sürücü arasında münasibətləri xarakterizə edən müvafiq sənəd;
Avtonəqliyyat vasitəsinə texniki baxışın keçirilməsini təsdiq edən sənəd;
Sürücünün sürücülük vəsiqəsi;
Sürücünün sağlamlığı haqqında arayış;
Sürücünün təhlükəli yüklərin daşınmasına icazəverici vəsiqəsi;
Sürücünün təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə;
Təhlükə barədə xəbərdarlıq sisteminin qəza vərəqəsi.

Təhlükəli yükün daşınmasını həyata keçirən hüquqi və fiziki şəxs tərəfindən daşınacaq yük haqqında təsdiq olunmuş məlumat.
Məlumata daxildir:
Təhlükəli yükün adı;
Təhlükəli yükün sinifi, sinifaltı;
Alışma və partlama xüsusiyyəti, canlı orqanizm üçün təhlükəliliyi;
Təcili tədbirlər kodu, BMT siyahısı üzrə qeydiyyat nömrəsi;
Daşınma müddəti -dan -dək;
Bir nəqliyyat vasitəsində daşınacaq təhlükəli yükün çəkisi, təhlükəli yükləri eyni vaxtda daşıyan nəqliyyat vasitələrinin sayı;
Marşrutun başlanğıcı, sonu və onların arasındakı məntəqələr;
Hərəkətin icazə verilmiş son sürət həddi;
Çətin yol şəraitində və ya sutkanın gecə vaxtı hərəkət (icazə verilir və ya verilmir);
Nəzərdə tutulan dayanma, gözləmə və yanacaq doldurma yerləri;
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş avtosisternin tutumu haqqında pasport;
DYP-nin razılaşdırdığı daşıma marşrutu.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 nömrəli, 27 yanvar 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları»
2. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli, 913-IQ nömrəli Qanunu ilə qoşulduğu «Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında» Avropa Sazişi (DOPOQ).


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ