İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Təhlükə potensiallı obyektlərin (qurğu və avadanlıqların) dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə “Şəhadətnamə”

İcazənin adı

Təhlükə potensiallı obyektlərin (qurğu və avadanlıqların) dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə “Şəhadətnamə”


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

30 gün.


İcazənin qüvvədə olma müddəti

5 il.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Obyektlərin qeydiyyat vərəqələri, hər bir obyekt üçün üç nüsxə;
Əvvəl verilmiş qeydiyyat şəhadətnamələrinin surətləri (təkrar qeydiyyat aparıldıqda);
Texniki təhlükəsizlik ekspertizasının rəyi (identifikasiya ekspert təşkilatı tərəfindən həyata keçirildiyi halda);
Təhlükə potensiallı obyektlər barədə, Agentlik tərəfindən müəyyən edilmiş tərkibdə və həcmdə əlavə məlumatlar.

Qeydiyyat şəhadətnaməsindəki və yaxud qeydiyyat vərəqələrindəki məlumatların dəyişilməsi ilə əlaqədar, dövlət reyestrində dəyişikliklər edilməsi üçün, təşkilat qeydiyyat orqanına müvafiq məktub göndərir və həmin məktuba aşağıdakı sənədləri əlavə edir:
Obyektlərin yeni tərtib edilmiş və yaxud dəyişdirilmiş qeydiyyat vərəqələri, hər obyekt üçün üç nüsxədə;
Qeydiyyat şəhadətnaməsinin surətləri;
Yeni qeydiyyata alınan obyektlərin texniki təhlükəsizlik ekspertizasının rəyi (identifikasiya ekspert təşkilatı tərəfindən həyata keçirildiyi halda);
Təhlükə potensiallı obyektlər barədə, Agentlik tərəfindən müəyyən edilmiş tərkibdə və həcmdə əlavə məlumatlar.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1. “Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02 noyabr 1999-cu il tarixli 733-IQ nömrəli Qanunu.
2. “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli, 94 nömrəli Qərarı və həmin qərarla təsdiq edilmiş “Təhlükə potensialli obyektlərin siyahiısı”.
3. “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2001-ci il tarixli, 167 nömrəli Qərarı.

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ