İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Texniki Təhlükəsizlik Sertifikatı.

İcazənin adı

Texniki Təhlükəsizlik Sertifikatı.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

15 gün.


İcazənin qüvvədə olma müddəti

1 il.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Tikintisi nəzərdə tutulan təhlükə potensiallı obyektlərdə texniki qurğuların və avadanlığın texniki təhlükəsizlik üzrə sertifikatlaşdırılması üçün:
texniki tapşırığın və layihə sənədlərinin texniki təhlükəsizlik və dövlət ekoloji ekspertizalarından keçirilməsi və müsbət rəyin alınması;
qanunvericiliklə müəyyən olunmuş qaydada təhlükə potensiallı obyektin tikilməsinə (yenidən quraşdırılmasına) dair verilmiş xüsusi razılıqların və ya qaz təchizati sahəsində xüsusi icazələrin olması;
təhlükə potensiallı obyektin tikilməsini (yenidən qurulmasını, genişləndirilməsini) həyata keçirən hüquqi və ya fiziki şəxsin xüsusi ixtisasa malik olmasını, texniki və təşkilatı hazirlığını təsdiq edən təsis sənədinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surətlərinin olması;
texniki qurğuların və avadanlığın milli uyğunluq sertifikatının olması;
texniki qurğu və avadanlıqda sınaqların aparılmasını təsdiq edən texniki sənədin təqdim edilməsi;
texniki qurğu və avadanlıqda aparılan sınaqların texniki təhlükəsizlik tələblərinə uyğun olması barədə protokolun (aktın) alınması.

Genişləndirilməsi nəzərdə tutulan təhlükə potensialli obyektlərdə texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün:
texniki tapşırığın və layihə sənədlərinin texniki təhlükəsizlik və dövlət ekoloji ekspertizalarından keçirilməsi və müsbət rəyin alınması texniki qurğuların və avadanlığın milli uyğunluq sertifikatının olması;
texniki qurğu və avadanlığın sınaqlarının aparılması metodlarının hazırlanması və təsdiq edilməsi;
texniki qurğu və avadanlıqda aparılan sınaqların texniki təhlükəsizlik tələblərinə uyğun olması barədə protokolun (aktın) olması.

Təhlükə potensiallı obyektlərdə yenidən quraşdırılması nəzərdə tutulan texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün:
texniki qurğu və avadanlıqda aparılan sınaqların texniki təhlükəsizlik tələblərinə uyğun olması barədə protokolun (aktın) olması.

Qeyd: Quraşdırılması nəzərdə tutulan yeni texniki qurğular və avadanlıqlar təhlükəsizlik ekspertizasından keçirilməyiblərsə, bu halda onlar konstruksiya və istismar sənədləri əsasında ekspertizadan keçirilməlidirlər. Təhlükə potensiallı obyektlərdə 6 aydan çox konservasiyada olmuş texniki qurğuların və avadanlığın işə salınması haqqinda sınaq protokolu və aktı olmalıdır. Fəaliyyətdə olan təhlükə potensiallı obyektlərdə texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün onların konstruksiyası və istismar qaydaları haqqında müvafiq sənəd olmalıdır.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1. “Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 2 noyabr 1999-cu il tarixli 733-IQ nömmrəli Qanunu.
2. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 29 iyun 2000-ci il tarixli, 357 nömrəli Fərmanı.
3. “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2002-ci il tarixli, 102 nömrəli Qərarı.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ