İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Texnoloji və digər mexaniki nəqliyyat vasitələrinə “Dövlət qeydiyyat şəhadətnaməsi”, “Dövlət qeydiyyat nişanı”, “Texniki baxış talonu” və qoşqulu avadanlıqlara “Dövlət qeydiyyat talonu” verilməsi.

İcazənin adı

Texnoloji və digər mexaniki nəqliyyat vasitələrinə “Dövlət qeydiyyat şəhadətnaməsi”, “Dövlət qeydiyyat nişanı”, “Texniki baxış talonu” və qoşqulu avadanlıqlara “Dövlət qeydiyyat talonu” verilməsi.


İcazənin verilməsinə görə ödənişin məbləği

Dövlət qeydiyyatı -15 manat.
1 ədəd dövlət nömrə nişanı-9 manat.
Texniki baxış-5 manat.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

15 gün.


İcazənin qüvvədə olma müddəti

Dövlət qeydiyyatı - müddətsiz, texniki baxış -1 il.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Ərizə;
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin, yaxud haqların ödənilməsi barədə qəbz;
Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.

“Texniki baxış talonu” verilməsi üçün tələb olunan sənədlər:
nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd;
nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə);
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumun və ya verginin ödənilməsi barədə qəbzlər.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 3 iyul 1998-ci il tarixli 517-IQ nömrəli Qanunu.
2. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqinda Əsasnamənin təsdiq edilməsi barədə” 28 dekabr 2007-ci il tarixli, 695 nömrəli Fərmanı.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı.
4. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 15 mart 1999-cu il tarixli, 40 nömrəli Qərarı.
5. “"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı" və "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında 14 avqust 2008-ci il tarixli 187 nömrəli Qərarı.
6. “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı” və “Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 21 avqust 2008-ci il tarixli 78 nömrəli Qərar.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ