Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (partlayıcı maddələr, pirotexniki məmulatlar) Xüsusi İcazə.
Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (partlayıcı maddələr, pirotexniki məmulatlar) Xüsusi İcazə.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
10 gün.
İcazənin qüvvədə olma müddəti
Müddətsiz.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün aşağıdakılar göstərilmiş ərizə:
Hüquqi şəxslər üçün - adı, hüquqi ünvanı, sahibkarlıq fəaliyyətinin növü;
Fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), sahibkarlıq fəaliyyətinin növü;
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti.
Əşyaların göstəricilərindən və dövriyyənin xüsusiyyətlərindən asılı olaraq:
qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziyanın surəti;
qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının rəyi;
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər.
Partlayıcı maddələr və qurğular.
Partlayıcı maddələr və qurğuların dövriyyəsinə xüsusi icazə almaq üçün tələb olunan əlavə şərtlər:
partlayıcı maddələrin saxlanması qaydalarının tələblərinə cavab verən anbarların olması barədə sənəd;
xüsusi hazırlanmış xidməti heyətin partlayıcı materiallarla işləməyə buraxılması barədə sənəd;
partlayıcı maddələrin və qurğuların normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;
partlayıcı maddələrin və qurğuların avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı vasitəsilə daşınma marşrutlarının müəyyən edilməsi barədə müvafiq sənəd;
qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı.
Tezalışan maddələr və pirotexniki məmulatlar.
Tezalışan maddələr və pirotexniki məmulatların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:
tezalışan maddələr və pirotexniki məmulatların saxlanması üçün nəzərdə tutulan obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;
tezalışan maddələr və pirotexniki məmulatların normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;
mütəxəssislərin müvafiq ixtisasa malik və sağlam olmaları haqqında sənədlərin surəti;
qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1. Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 12 sentyabr tarixli, 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları».
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları»nın və «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər»in təsdiq edilməsi haqqında 8 may 2006-cı il tarixli, 120 nömrəli Qərarı.