Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid mal, avadanlıq və xidmətlərin idxal və ixracına rəy.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid mal, avadanlıq və xidmətlərin idxal və ixracına rəy.
Əlavə məlumat
İxrac üçün:
Çöl heyvanları, yabanı bitkilər və qazıntılarda tapılmış heyvan sümükləri;
Vəhşi heyvanlardan və yabanı bitkilərdən dərman istehsalı üçün xammal, ilan, böyə və əqrəb zəhərləri;
Azərbaycan Respublikasının ərazisində quruda və dəniz iqtisadi zonası hüdudlarında yerləşən istilik enerji və mineral xammal yataqları haqqında və rayonlar üzrə məlumat;
İdxal üçün:
İnşaat fəaliyyəti (mühəndis axtarış, layihə, tikinti- quraşdırma və buraxılış sazlama işləri) idxal və ixracın qanuna müvafiq qaydada tənzimlənməsi.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
15 gün.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Ərizə;
Müraciət edən hüquqi və ya fiziki şəxsin rekvizitləri;
İdxal–ixrac əməliyyatları üçün qarşı tərəflə müqavilə;
Malın gömrük-tranzit qaiməsi (gömrük kodu göstərilməklə).
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı.