Dövlət istiqrazlarının buraxılışının qeydiyyatı alınması barədə şəhadətnamə.
Dövlət istiqrazlarının buraxılışının qeydiyyatı alınması barədə şəhadətnamə.
Əlavə məlumat
Emitent tərəfindən qiymətli kağızların buraxılışı hüququnun əldə edilməsi.
İcazənin verilməsinə görə ödənişin məbləği
Ödənişsiz.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
2 gün.
İcazənin qüvvədə olma müddəti
İstiqrazların tədavül müddəti ərzində.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Aşağıdakı məlumatları özündə əks etdirən emitentin məktubu:
istiqraz buraxılışının ümumi məbləği (nominal dəyər üzrə);
istiqraz buraxılışına daxil olan istiqrazların sayı;
istiqraz buraxılışına daxil olan istiqrazların nominal dəyərləri;
istiqraz buraxılışına daxil olan istiqrazların buraxılış və ödəniş tarixi;
həmin buraxılışa daxil olan istiqrazların dövriyyə müddəti (günlə).
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
2. “Dövlət istiqrazlarının emissiyası, tədavülü və ödənilməsi haqqında” Əsasnamə.
3. QKDK tərəfindən təsdiq edilmi 28 avqust 2000-ci il tarixli, 139 nömrəli Əmr.