Mərkəzi Bankın qısamüddətli notlarının qeydiyyata alınması barədə şəhadətnamə.
Mərkəzi Bankın qısamüddətli notlarının qeydiyyata alınması barədə şəhadətnamə.
Əlavə məlumat
Emitent tərəfindən qiymətli kağızların buraxılışı hüququnun əldə edilməsi.
İcazənin verilməsinə görə ödənişin məbləği
Ödənişsiz.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
1 gün.
İcazənin qüvvədə olma müddəti
Tədavül müddəti ərzində.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Aşağıdakı məlumatları özündə əks etdirən Mərkəzi Bankın vəsatəti:
Qısamüddətli notlar buraxılışının nominal dəyər üzrə ümumi məbləği;
Buraxılışa daxil olan hər bir qısamüddətli notun nominal dəyəri;
Buraxılışa daxil olan qısamüddətli notların sayı;
Qısamüddətli notlar buraxılışının yerləşdirilməsinin başlanma tarixi;
Qısamüddətli notlar buraxılışının dövriyyə müddəti və ödənilməsi tarixi.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
2. “Azərbaycan Respublikası Milli Bankının Qısamüddətli Notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında” Qaydalar.
3. QKDK tərəfindən təsdiq edilmiş 04 iyun 2001-ci il tarixli, 049 nömrəli Əmr.