Mənzil sertifikatlarının dövlət reyestrindən çıxarış.
Mənzil sertifikatlarının dövlət reyestrindən çıxarış.
Əlavə məlumat
Emitent tərəfindən qiymətli kağızların buraxılışı hüququnun əldə edilməsi.
İcazənin verilməsinə görə ödənişin məbləği
Ödənişsiz.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
15 gün.
İcazənin qüvvədə olma müddəti
Qiymətli kağızların yerləşdirilməsi müddəti ərzində.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Mənzil sertifikatlarının qeydiyyatı üçün emitentin ərizəsi;
Mənzil sertifikatının buraxılması haqqında qərar və buraxılış şərtləri;
Emitentin təsis sənədlərinin notarial təsdiq olunmuş surətləri;
Emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
Tikinti işlərinin aparılması ilə bağlı müvafiq icazəverici sənədin surəti;
Emitentə tikinti üçün torpaq sahəsinin ayrılmasını və ya mövcudluğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Bakı Dövlət Tikinti Müfəttişliyi tərəfindən “Tikintidə dövlət nəzarəti jurnalı”nın verilməsini sübut edən müvafiq sənədin surəti;
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintinin işçi layihəsinin memarlıq-planlaşdırma həllinə dair rəyinin sürəti;
Tikinti işlərinin ümumi smeta dəyərini əks etdirən sənəd və həmin məbləğin azı 30%-nin (otuz) emitent tərəfindən ödənilməsi barədə məlumat (xüsusi yığım hesabından çıxarış və ya çəkilmiş xərclərin təsviri);
Mənzil sertifikatının nümunəsi;
Bank qarantiyası (təmin edilmiş mənzil sertifikatları üçün).
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1. “Azərbaycan Respublikasında mənzil sertifikatlarının buraxılışı, tədavülü və ödənilməsi haqqında” Qaydalar.
2.QKDK tərəfindən təsdiq edilmiş 11 noyabr 2004-cü il tarixli, 04 nömrəli Əmr.