Qiymətli kağızlarla girovun qeydiyyata və əlavə qeydiyyata alınması ilə əlaqədar bütün qiymətli kağızlarla girovun rəsmi reyestrindən çıxarışın verilməsi.
Qiymətli kağızlarla girovun qeydiyyata və əlavə qeydiyyata alınması ilə əlaqədar bütün qiymətli kağızlarla girovun rəsmi reyestrindən çıxarışın verilməsi.
Əlavə məlumat
Qiymətli kağızlarla girovun hüquqi qüvvəyə minməsi üçün.
İcazənin verilməsinə görə ödənişin məbləği
Girovun dövlət qeydiyyatı 20 manat,
Əəlavə qeydiyyatı 10 manat.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
5 gün
İcazənin qüvvədə olma müddəti
Girov müqaviləsinin qüvvədə olduğu müddət.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Girovun dövlət qeydiyyatı:
1.Qiymətli kağızlarla girovun dövlət qeydiyyatına alınması üçün ərizə.
2. Girov müqaviləsinin bir nüsxəsi və ya həmin müqavilənin notariat qaydasında təsdiqlənmiş surəti;
3.Girovla təmin edilən öhdəliyin əsaslandığı sənədin surəti;
4.Qiymətli kağızların və ya onlara sahiblik hüququnu təsdiqləyən sənədin surəti;
5.Girov kağızı (girov hüququ girov kağızı ilə təsdiq edildiyi halda);
6.Əvvəlki girov saxlayanın yazılı razılığı (sonrakı girov olduqda);
7. Girovun qeydiyyata alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
Girovun əlavə qeydiyyatı:
1. qiymətli kağızlarla girovun əlavə dövlət qeydiyyatına alınması üçün ərizə;
2. girov müqaviləsinə edilən əlavə və dəyişikliklər haqqında razılaşmanın bir nüsxəsi və ya notariat qaydasında təsdiq edilmiş surəti;
3. qiymətli kağızların və ya onlara sahiblik hüququnu təsdiqləyən sənədin surəti (girov predmeti özgəninkiləşdirildikdə);
4. girov kağızı (girov hüququ girov kağızı ilə təsdiq edildiyi halda);
5. girovun əlavə dövlət qeydiyyatına alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
“Qiymətli kağızlarla girovun dövlət qeydiyyatı“ Qaydalarının 2.2 və 2.7-ci bəndləri.
QKDK tərəfindən təsdiq edilmişdir:
Tarix:23 dekabr 2010-cu il.
Əmr №300.