Stimullaşdırıcı lotereyanın təşkili və keçirilməsi ilə əlaqədar müvafiq məktub.
Stimullaşdırıcı lotereyanın təşkili və keçirilməsi ilə əlaqədar müvafiq məktub.
Əlavə məlumat
Stimullaıdırıcı lotereyanın təşkili və həyata keçirilməsi üçün lotereya təşkilatçısı tərəfindən təqdim olunmuş sənədlərə əsasən lotereyanın keçirilməsinə hüququn müəyyən edilməsi. Qeyd: Məktubun təqdim edilməsi müraciətin rəsmiləşdirilməsi məqsədini daşıyır.
İcazənin verilməsinə görə ödənişin məbləği
Ödənişsiz.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
15 gün.
İcazənin qüvvədə olma müddəti
Təşkilatçı tərəfindən müəyyən olunur.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi üçün lotereyanın keçirilməsinə azı 20 (iyirmi) iş günü qalmış lotereya təşkilatçısı aşağıdakı sənədləri təqdim etməlidir:
1. Lotereyanın keçirilməsi barədə bildiriş. Bildirişdə lotereya təşkilatçısının adı və olduğu yer, lotereyanın adı və keçirilmə forması göstərilməlidir: 2. Lotereyanın şərtlərini;
3. Lotereyada istifadəsi nəzərdə tutulduğu halda, lotereya biletinin nümunəsini;
4. Lotereya təşkilatçısının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətini;
5. Lotereya təşkilatçısının vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surətini;
6. Lotereya digər şəxsin tapşırığı ilə keçirildiyi halda, bu barədə tapşırıq müqaviləsinin lotereyanın keçirilməsinə vəkalət verən şəxs tərəfindən təsdiq edilmiş surətini.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
“Lotereyalar haqqında” Azərbaycan Respublikası 26 may 2004-cü il tarixli 64 nömrəli Qanunu”
Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tətəfindən 31 iyul 2006-cı il tarixli 0144 saylı əmrlə təsdiq edilmiş “Stimullasdırıcı lotereyaların təskili və keçirilməsi Qaydaları”.