İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası.

İcazənin adı

Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası.


İcazənin verilməsinə görə ödənişin məbləği

Ödənişsiz.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

Lisenziyasının alınması üçün ilkin müraciət edilərkən namizədlərin sənədlərinə müsbət baxıldıqda, 10 (on ) iş günü ərzində Səhmdar investisiya fondunun və idarəçinin fəaliyyətləri dövründə icra orqanının üzvlüyünə namizədin attestasiyadan keçməsi ilə bağlı təqdim edilmiş sənədlərə 30 (otuz) iş gün müddətində baxılır.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Səhmdar investisiya fondu və ya idarəçi öz fəaliyyətləri dövründə təqdim edəcəkləri namizədlər haqqında QKDK-ya Qanunla nəzərdə tutulmuş yazılı bildirişlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Namizəd tərəfindən doldurulmuş anket;
2. Namizədin səhmdar investisiya fondunda və ya idarəçidə və digər hüquqi şəxslərdə mühüm iştirak payını göstərən siyahı;
3. Namizədin təhsil və iş təcrübəsi haqqında sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri;
4. Namizədin cavabdeh olacağı sahə haqqında yazılı məlumat;
5. Namizəd tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;
6. Namizəd əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1101-IIIQ nömrəli Qanunu;
03 avqust 2011-ci il tarixli 01 saylı qərarala təsdiq edilmiş “ Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası Qaydaları”.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ