Nizamnamə kapitalının artırılması zamanı və səhmlərin birləşdirilməsi, xırdalanması, onların nominal dəyərinin artırılması və azaldılması zamanı səhm buraxılışının qeydiyyata alınması barədə şəhadətnamə.
Nizamnamə kapitalının artırılması zamanı və səhmlərin birləşdirilməsi, xırdalanması, onların nominal dəyərinin artırılması və azaldılması zamanı səhm buraxılışının qeydiyyata alınması barədə şəhadətnamə.
İcazənin verilməsinə görə ödənişin məbləği
Səhm buraxılışı emissiya prospekti ilə müşayiət olunursa:
Emissiya məbləği 99000 manatadək olduqda-220 manat;
emissiya məbləği 99000 manatdan 198000 manatadək olduqda -440manat;
emissiya məbləği 198000 manatdan çox olduqda-880 manat.
Səhm buraxılışı emissiya prospekti ilə müşayiət olunmursa- ödənişsiz.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
15 gün.
İcazənin qüvvədə olma müddəti
Qiymətli kağızların yerləşdirilməsi müddəti ərzində.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
1.Səhm buraxılışını qeydiyyata alınması üçün ərizə;
2.Səhm buraxılışının emissiyası haqqında qərar;
3.Emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və təsis sənədlərinin notarial qaydada təsdiq olunmuş surətləri;
4.Səhm buraxılışının emissiya prospekti (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa);
5.İnvestisiya qiymətli kağızının sertifikatının nümunəsi (investisiya qiymətli kağızları sənədli formada buraxıldıqda);
6.İnvestisiya qiymətli kağızların emissiya prospektinin qeydiyyata alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa).
7.Səhmlərin nominal dəyərinin bölüşdürülməmiş mənfəətin hesabına artırılması zamanı – başa çatmış son maliyyə ili üzrə illik balansın və onun yoxlanılması haqqında auditor rəyinin surətini;
8. Səhmlərin nominal dəyərinin azaldılması zamanı - emitentin nizamnamə kapitalının azaldılması haqqında onun kreditorlarına bildirişlərin göndərilməsini təsdiq edən sənədi, emitent bank olduqda həmçinin nizamnamə kapitalının azaldılmasına Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş icazənin surətini.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1.Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 1078-11.
2. “ Səhmlərin birləşdirilməsi, xırdalanması, onların nominal dəyərinin artırılması və azaldılması zamanı emissiyasının” Qaydalarının 4.2-ci bəndi.
QKDK tərəfindən təsdiq edilmişdir:
Tarix:08 iyul 2004-ci il,
Əmr №102.
3. “Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması zamanı səhmlərin emissiyasının” Qaydalarının 5.2-ci bəndi.
QKDK tərəfindən təsdiq edilmişdir:
Tarix:30 avqust 2004-cü il,
Əmr №143.