İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Korporativ istiqraz buraxılışının qeydiyyata alınması barədə qiymətli kağızların dövlət reyestrindən Çıxarış.

İcazənin adı

Korporativ istiqraz buraxılışının qeydiyyata alınması barədə qiymətli kağızların dövlət reyestrindən Çıxarış.


İcazənin verilməsinə görə ödənişin məbləği

İstiqraz buraxılışı emissiya prospekti ilə müşayiət olunursa:
Emissiya məbləği 99000 manatadək olduqda-220 manat
emissiya məbləği 99000 manatdan 198000 manatadək olduqda -440manat;
emissiya məbləği 198000 manatdan çox olduqda-880 manat.

İstiqraz buraxılışı emissiya prospekti ilə müşayiət olunmursa- ödənişsiz.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

15 gün.


İcazənin qüvvədə olma müddəti

Qiymətli kağızların yerləşdirilməsi müddəti ərzində.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

1.İstiqraz buraxılışını qeydiyyata alınması üçün ərizə;
2.İstiqraz buraxılışının emissiyası haqqında qərar;
3.Emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və təsis sənədlərinin notarial qaydada təsdiq olunmuş surətləri;
4.İstiqra buraxılışının emissiya prospekti (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa);
5.İnvestisiya qiymətli kağızının sertifikatının nümunəsi (investisiya qiymətli kağızları sənədli formada buraxıldıqda);
6.İstiqrazların emissiy prospektinin qeydiyyata alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa).
7.Son maliyyə ili üzrə tərtib edilmiş və müstəqil auditor tərəfindən yoxlanılmış maliyyə hesabatları və son rüb üzrə tərtib edilmiş, emitentin rəhbər şəxsi və baş mühasibi tərəfindən təsdiq edilmiş maliyyə hesabatları.
8.Təmin edilmiş istiqrazlar üzrə verilmiş təminatın qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini təsdiq edən sənəd.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 1078-11.
2. “Azərbaycan Respublikasının ərazisində korporativ istiqrazların emissiyası və tədavülü” Qaydalarının 5.5-ci bəndi.
Tarxi: 06 dekabr 2010-cu il,
Əmr №289,
3. “Emitentin istiqraz buraxılışının maksimal həcminə dair tələblər haqqında” Qaydaları
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.
Tarix:30 avqust 2010-cu il,
qərar №158.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ