Azərbaycan Respublikasında baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı və ixracı Qaydaları-qeydiyyat şəhadətnaməsi.
Azərbaycan Respublikasında baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı və ixracı Qaydaları-qeydiyyat şəhadətnaməsi.
Əlavə məlumat
Baytarlıq təbabətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatlarının idxalı üzərində dövlət nəzarəti üçün, heyvanların müalicəsində effektliliyin təmin edilməsi və sahibkarlara baytarlıq sahəsində qayğının artırılması.
İcazənin verilməsinə görə ödənişin məbləği
1 preparat üçün ilkin qeydiyyata görə 950 manat, təkrar qeydiyyat olarsa 450 manat.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
10 gün.
İcazənin qüvvədə olma müddəti
Hər preparat üçün 5 il.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Ərizə;
Mənşə sertifikatı;
Uyğunluq sertifikatı;
Keyfiyyət sertifikatı;
Müqavilə.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1. “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı.
2.Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2007-ci il tarixli 17 nömrəli qərarı.