İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması.

İcazənin adı

Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması.


Əlavə məlumat

Azərbaycan Respublikası ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq, ölkə ərazisinin epizootik durumunun sabitliyini daimi nəzarətdə saxlamaq və ərzaq təhlükəsizliyinin təmin edilməsi.


İcazənin verilməsinə görə ödənişin məbləği

6 və 5 manat.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

1-5 gün.


İcazənin qüvvədə olma müddəti

Sənəd 10 iş günü müddədində istifadə edilməklə həmin yükün çatdırılacağı təyinat yerinədək qüvvədədir.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1. Azərbaycan Respublikasının ”Baytarlıq haqqında” 31 may 2005-ci il terixli 922 nömrəli Qanunu.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 66 nömrəli Qərarı.
3. Beynəlxalq Epizootik Büronun Sanitar kodeksi, bülletenləri
4. Preyskurant.
5. Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2007-ci il tarixli 17 nömrəli qərarı.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ