Baytarlıq normalarına cavab verən məhsulların sahibinə, həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları-ekspertiza sənədi (Baytarlıq Laboratoriyası).

Əlavə məlumat
Heyvan mənşəli məhsulların sağlamlığını yoxlamaq və təhlükəsizliyinə təminatı vermək.
İcazənin verilməsinə görə ödənişin məbləği
Müxtəlif qiymətdə.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
3-7 gün (sənəd verilmiş məhsul partiyası satılıb qurtarana kimi).
İcazənin qüvvədə olma müddəti
Məhsulun satışı qurtarana qədər.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Öz məhsulunu satışa aparan şəxsin müraciəti.
Müayinə üçün daxil olan müşayiətedici ərizə və ya məktub.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1. Azərbaycan Respublikasının ”Baytarlıq haqqında” 31 may 2005-ci il tarixli 922 nömrəli Qanunu.
2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2006-cı il tarixli 209 nömrəli Qərarı.
3. Preyskurant.
4. Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2007-ci il tarixli 17 nömrəli qərarı.