İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Azərbaycan Respublikasında baytarlıq nəzarətində olan yüklərin ixracı və idxalı üçün icazə.

İcazənin adı

Azərbaycan Respublikasında baytarlıq nəzarətində olan yüklərin ixracı və idxalı üçün icazə.


İcazənin verilməsinə görə ödənişin məbləği

Müxtəlif qiymətdə.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

Yük sahibi ən azı 30 gün əvvəl müraciət etməlidir.


İcazənin qüvvədə olma müddəti

Daşınma müddətində.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

İxrac üçün:
Rəsmi məktub (məktubda yükün və nəqliyyatın növü, yüklənmə məntəqəsi, göndərilən ölkə və yola salınma vaxtı, sərhəddən keçdiyi yer göstərilir)
Yükü idxal edən ölkənin baytarlıq tələbləri (orijinal və Azərbaycan dilinə tərcüməsi),
Müqavilə ekspertizaları,
Epizootik vəziyyətdən asılı olaraq yükün hansı inzibati ərazidən tədarük olunması haqqında məlumatları,
Damazlıq heyvanlar ixrac edilərkən isə Dövlət damazlıq orqanının rəyi məktuba əlavə edilir.

İdxal üçün:
Rəsmi məktub.
Məktuba:
Yükü ixrac edən ölkənin Dövlət Baytarlıq Xidməti ilə razılaşdırılmış baytarlıq sertifikatı,
Baytarlıq orqanının tələblərini özündə əks etdirən müqavilə,
Yararlılıq müddəti göstərilməklə uyğunluq, keyfiyyət və mənşə sertifikatları əlavə olunur.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1. Azərbaycan Respublikası Dövlət Baytarlıq Xidmətinin 12 may 1998-ci il tarixli, 33 nömrəli Əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında baytarlıq nəzarətində olan yüklərin ixracı və idxalının tərtibatı haqqında qaydalar”.
2. Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2007-ci il tarixli 17 nömrəli qərarı.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ