Hüquqi və fiziki şəxslərə rayonlaşdırılmış kənd təsərrüfatı bitgiləri toxumlarının və tinglərinin istehsalı, istifadəsi, saxlanılması və satışına icazə verilməsi haqqında Şəhadətnamə.
Hüquqi və fiziki şəxslərə rayonlaşdırılmış kənd təsərrüfatı bitgiləri toxumlarının və tinglərinin istehsalı, istifadəsi, saxlanılması və satışına icazə verilməsi haqqında Şəhadətnamə.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
15 gün.
İcazənin qüvvədə olma müddəti
4 il.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Hüquqi şəxslər üçün
1. Rayon (şəhər) İcra Hakimiyyətinin Kənd Təsərrüfatı Nazirliyinə təqdimat məktubu;
2. Kənd təsərrüfatı nazirinin adına ərizə;
3. Dövlət qeydiyyatından keçmə haqqında şəhadətnamənin surəti.
4. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
5. Müəssisənin nizamnaməsinin surəti;
6. Uçot vahidlərinin dövlət reyestrinə daxl edilməsi haqqında şəhadətnamənin surəti;
7. Toxum istehsalı üçün dövlət standartlarına cavab verən anbarın, müvafiq maddi-texniki bazanın olması;
8. Şəxsiyyət vəsiqəsinin surəti;
9. Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surəti və ya icarə müqaviləsinin surəti;
10. Təsərrüfatın 3 illik göstəriciləri;
11. Təsərrüfatın toxumçuluğa yarayıb-yaramaması barədə rayon dövlət toxum müfəttişliyinin rəyi;
12. Bank rekvizitlərinin surəti.
Fiziki şəxslər üçün
1. Rayon (şəhər) İcra Hakimiyyətinin Kənd Təsərrüfatı Nazirliyinə təqdimat məktubu;
2. Kənd təsərrüfatı nazirinin adına ərizə;
3. Təsərrüfatın toxumçuluğa yarayıb-yaramaması barədə rayon dövlət toxum müfəttişliyinin rəyi;
4. Vergi ödəyicisinin uçota alınması haqqıda şəhadətnamənin surəti;
5. Şəxsiyyət vəsiqəsinin surəti;
6. Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surəti və ya icarə müqaviləsinin surəti;
7. Təsərrüfatın 3 illik göstəriciləri;
8. Toxum istehsalı üçün dövlət standartına cavab verən anbarın, müvafiq maddi-texniki bazanın olması.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1. Azərbaycan Respublikasının “Taxıl haqqında” 16 iyun 2000-ci il tarixli 898-IQ nömrəli Qanunu.
2. Azərbaycan Respublikasının “Toxumçuluq haqqında” 11 mart 1997-ci il tarixli 257-IQ nömrəli Qanunu.
3. Azərbaycan Respublikasının “Sahibkarlıq fəaliyyəti haqqında” 15 dekabr 1992-ci il tarixli 405 nömrəli Qanunu.
4. Azərbaycan Respublikasının “Seleksiya nailiyyətləri haqqında” 16 noyabr 1996-cı il tarixli 197-IQ nömrəli Qanunu.
5. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş 17 iyul 2007-ci il tarixli Əsasnamə.