Avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün verilən pasport.
Avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün verilən pasport.
Əlavə məlumat
Avtovağzalın (avtostansiyanın) kateqoriyasına uyğun fəaliyyət göstərməsi üçün.
İcazənin verilməsinə görə ödənişin məbləği
Ödənişsiz.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
15 gün.
İcazənin qüvvədə olma müddəti
Müddətsiz.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Əsasnamənin 1 nömrəli əlavəsinə uyğun formada Ərizə.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
Hüquqi şəxslər üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, fiziki şəxslər üçün şəxsiyyətini təsdiq edən sənədin və vergi orqanında uçota alınması barədə şəhadətnamənin surəti;
Avtovağzalın (avtostansiyanın) planları;
Xidməti otaqların planları;
Minik meydançalarının ümumi planı;
Avtovağzalın (avtostansiyanın) qısa xarakteristikası (22 nömrəli Əsasnamənin 2 nömrəli əlavəsinə uyğun formada).
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1) “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtovağzal və avtostansiya haqqında" Əsasnamə.