Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına "Fərqlənmə nişanı" və öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərin və özünə məxsus yüklərin daşımasında istifadə olunan nəqliyyat vasitələrinə "Xüsusi fərqlənmə nişanı".
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına "Fərqlənmə nişanı" və öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərin və özünə məxsus yüklərin daşımasında istifadə olunan nəqliyyat vasitələrinə "Xüsusi fərqlənmə nişanı".
İcazənin verilməsinə görə ödənişin məbləği
I. "Fərqlənmə nişanı"
1) avtomobil nəqliyyatı ilə sərnişin daşınması (taksi istisna olmaqla), oturacaq yerlərinin sayına görə 1 oturacaq yeri üçün aylıq məbləğ 1,8 manat;
2) Taksi ilə sərnişin daşınması 1 ədəd nəqliyyat vasitəsi üçün aylıq məbləğ 9 manat.
3) Yük daşınması hər 1 ton yük götürmə qabiliyyətinə aylıq məbləğ 1 manat.
4) yük və sərnişin daşımalarının növündən və həyata keçirdiyi ərazidən asılı olaraq, Naxçıvan Muxtar Respublikası ərazisində 1, Bakı şəhərində və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında 2, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri istisna olmaqla) 1,5 əmsalları tətbiq olunur.
II. "Xüsusi fərqlənmə nişanı" almaq üçün ödəniş tələb olunmur.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Fəsil XVII.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
"Fərqlənmə nişanı" alınması üçün 2 gün, "Xüsusi fərqlənmə nişanı" alınması üçün 5 gün.
İcazənin qüvvədə olma müddəti
"Fərqlənmə nişanı" təqvim ayının sonunadək vergi ödəyicilərinin öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün, "Xüsusi fərqlənmə nişanı" müddətsiz, lakin nəqliyyat vasitəsi satılana, silinənə qədər.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
1) Vergi ödəyicisi tərəfindən ərizə;
2) Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin, vəkalətnamənin (etibarnamənin) və ya icarə müqaviləsinin sürəti;
3) Verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədinin surəti;
4) Avtonəqliyyat vasitələrinin siyahısı.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1) Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
2) “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli, 40 nömrəli qərarı.