İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Telekommunikasiya vasitə və qurğularına uyğunluq sertifikatının verilməsi.

İcazənin adı

Telekommunikasiya vasitə və qurğularına uyğunluq sertifikatının verilməsi.


Əlavə məlumat

Respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinə tələblərin uyğunluğuna nəzarətin təmin edilməsi.


İcazənin verilməsinə görə ödənişin məbləği

Aparılan test-sınaq işlərinin və görülən işlərin həcminə uyğun olaraq sifarişçi ilə imzalanan müqavilə əsasında.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

15 gün.


İcazənin qüvvədə olma müddəti

1 il.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Sifarişçi tərəfindən ərizə,
İstehsalçı şirkət tərəfindən verilən mənşə sertifikatı;
İstehsalçının keyfiyyət sertifikatının surəti;
Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə sifarişçi arasında imzalanan müqavilə;
Texniki pasport.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

“Azərbaycan Respublikasında telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.08.1998-ci il tarixli 175 nömrəli Qərarı.
“Azərbaycan Respublikasında rabitə vasitələrinin sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.08.1998-ci il tarixli 175 nömrəli qərarına dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 14.12.2005-ci il tarixli 226 nömrəli qərarı.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ