İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Nəzarət-kassa aparatının qeydiyyat vərəqəsi.

İcazənin adı

Nəzarət-kassa aparatının qeydiyyat vərəqəsi.


Əlavə məlumat

Vergi nəzarəti məqsədilə.


İcazənin verilməsinə görə ödənişin məbləği

Ödənişsiz.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

2 gün.


İcazənin qüvvədə olma müddəti

Müddətsiz.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

1. Ərizə
2. NKA-nın texniki pasportu;
3. Servis Texniki Xidmət Mərkəzinin (bundan sonra STXM) NKA-nın quraşdırılması barədə aktı;
4. Ərizənin təqdim olunma tarixinə NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çek.
5. EMQ və ya ENL quraşdırılmalı NKA-lar üzrə STXM-in elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin quraşdırılması barədə aktı. Həmin akta istifadədə olan nəzarət-kassa aparatının fiskal yaddaşı dəyişdirildikdən və yeni fiskal yaddaşın hesabatı alındıqdan sonra nümunə kimi 10 qəpiyə qədər məbləğdə NKA-ya mədaxil edilmiş dövriyyə barədə “Z” hesabatının surəti əlavə olunmalıdır.
Bu sənədlərlə birlikdə vergi ödəyicisi “NKA-ya texniki xidmət kitabı”nı və “NKA-nın işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nı müvafiq vergi əməkdaşına təqdim edir.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü və 34 -cü maddələri.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ