İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Qeyri-kommersiya hüquqi şəxsinin vergi uçotu haqqında şəhadətnamə.

İcazənin adı

Qeyri-kommersiya hüquqi şəxsinin vergi uçotu haqqında şəhadətnamə.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

2 gün.


İcazənin qüvvədə olma müddəti

Müddətsiz.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

1. Ərizə;
2. Müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin bir nüsxədə surəti;
3. Təsdiq edilmiş nizamnaməsinin (və ya əsasnaməsinin) bir nüsxədə surəti;
4. Rəhbərin təyin olunmasını təsdiq edən sənədin surəti;
5. Rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti ;
6. Hüquqi şəxsin ünvanını təsdiq edən sənədin surəti;
7. Rəhbərin olduğu yer (ünvanı) haqqında məlumat.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ