Yerli investisiyalı kommersiya hüquqi şəxsinin qeydiyyatı.
Yerli investisiyalı kommersiya hüquqi şəxsinin qeydiyyatı.
İcazənin verilməsinə görə ödənişin məbləği
11 manat.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
3 gün.
İcazənin qüvvədə olma müddəti
Müddətsiz.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
1. Ərizə forması;
2. Təsis qərarı
3. Nizamnamə 2 nüsxədə;
4. Hüquqi ünvanı təsdiq edən sənəd;
5. Nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (MMC-lərdə məhdudiyyət yoxdur, QSC-lərdə minimum 2000 manat, ASC-lərdə minimum 4000 manat, Kredit İttifaqlarında 4000 manat);
6. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
7. Təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənəd;
8. Qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənəd;
9. Təsisçi hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.