Sığorta və təkrarsığorta fəaıliyyəti ilə məşğul olan hüquqi şəxslərin qeydiyyatı.
Sığorta və təkrarsığorta fəaıliyyəti ilə məşğul olan hüquqi şəxslərin qeydiyyatı.
İcazənin verilməsinə görə ödənişin məbləği
220 manat.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
3 gün.
İcazənin qüvvədə olma müddəti
Müddətsiz.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
1. Ərizə forması;
2. Təsis qərarı;
3. Sığorta nəzarəti orqanı-Maliyyə Nazirliyi tərəfindən verilmiş ilkin razılıq məktubu;
4. Nizamnamə kapitalının minimum miqdarı sığortaçılar üçün 5 milyon manat, təkrarsığortaçılar üçün 10 milyon manat;
5. Nizamnamə (2 nüsxədə);
6. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
7. Təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənəd;
8. Qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənəd;
9. Hüquqi ünvanı təsdiq edən sənəd.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 31 iyul 2008-ci il tarixli Qərarı.