İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Xarici hüquqi şəxsin filial və nümayəndəliklərinin qeydiyyatı.

İcazənin adı

Xarici hüquqi şəxsin filial və nümayəndəliklərinin qeydiyyatı.


İcazənin verilməsinə görə ödənişin məbləği

220 manat.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

3 gün.


İcazənin qüvvədə olma müddəti

Müddətsiz.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

1. Nümayəndəliyin və ya filialın yaradılması haqqında onu yaradan xarici hüquqi şəxsin qərarı;
2. Əsasnamə 2 nüsxədə;
3. Nümayəndəliyin və ya filialın təsisçisi olan xarici hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədlərin-ticarət reyestrindən çıxarış, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və s. leqallaşdırılmış surəti;
4. Nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş leqallaşdırılmış surəti;
5. Nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notarial qaydasında təsdiq edilmiş leqallaşdırılmış surəti.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ