İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportu.

İcazənin adı

Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportu.


Əlavə məlumat

Mehmanxana və mehmanxana tipli obyektlərdə mövcud sanitariya norma və qaydalarının, dövlət standartlarının gözlənilməsi.


İcazənin verilməsinə görə ödənişin məbləği

Laborator müayinələrinin aparılmasına dair ödəmə haqqı 27-300 manatadək və xidmət haqqı 3 manat.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

10 gün-1 ay.


İcazənin qüvvədə olma müddəti

5 il.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

1. Ərizə (hüquqi şəxs olduqda məktub);
2. Əmlakın inventarlaşdırılması bürosundan texniki pasport;
3. Layihə;
4. Mülkiyyət haqqında şəhadətnamə;
5. Mənzil Kommunal Təsərrüfat Birliyindən məişət tullantılarının daşınmasına dair müqavilə;
6. Profilaktik dezinfeksiya şöbələrindən dezinfeksiya və dezinseksiyaya aid müqavilələr.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

”Sanitariya epidemioloji salamatlıq haqqında” 10.11.1992 tarixli 371 nömrəli Azərbaycan Respublikasının Qanunu.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ