Gigiyenik sertifikat.
Gigiyenik sertifikat.
Əlavə məlumat
Məhsulların təhlükəsizliyinin qiymətləndirilməsi.
İcazənin verilməsinə görə ödənişin məbləği
15 manat (Dövlət rüsumu haqqında Qanun) və əlavə olaraq (laborator müayinə haqqı, 1 nümunə üçün 54-102 manat)
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
10 gün-1 ay.
İcazənin qüvvədə olma müddəti
Respublikada istehsal olunan yeyinti məhsulları üçün 1 il
İdxal olunan yeyinti məhsulları üçün 6 ay.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
1. Ərizə (hüquqi şəxs olduqda məktub)
2. Sanitariya-epidemioloji xidmətin mütəxəssisləri tərəfindən götürülmüş məhsul nümunəsi,
3) istehsal olunan yeyinti məhsulları üçün əlavə olaraq:
- istehsalçı müəssisənin sanitariya norma və qaydalarının tələblərinə uyğunluğu haqqında ərazi dövlət sanitariya nəzarəti orqanının müayinə aktı
4) İdxal olunan yeyinti məhsulları üçün əlavə olaraq:
-kontraktın (müqavilənin) surəti
-istehsalçı ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş yeyinti məhsulunun mənşəyini və təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın notariat qaydada təsdiq edilmiş tərcüməsi
5) Dövlət rüsumunun ödənilməsi haqqında qəbz.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1) ”Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası 18 noyabr 1999-cu il tarixli, 759-IQ nömrəli Qanunu.
2) Azərbaycan Respublikası Prezidentinin ”Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 23.10.2003 –cü il tarixli 969 nömrəli Fərmanı.
3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.2007-ci il tarixli 142 nömrəli qərarı ilə təsdiq olunmuş “Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının uyğunluq, gigiyenik sertifikatlar və baytarlıq şəhadətnaməsinin verilməsi qaydaları”.