İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə.

İcazənin adı

Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə.


Əlavə məlumat

Atmosferə tullantının atılma həddini müəyyənləşdirir.


İcazənin verilməsinə görə ödənişin məbləği

I təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün 792 manat;
II təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün 396 manat;
III təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün 198 manat;
IV təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün 99 manat.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

15 gün.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Ərizə;
Müəssisənin rekvizitləri;
Xüsusi icazə üçün ödəmə haqqının ödənilməsi barədə qəbzin surəti;
Müəssisənin Yol Verilən Tullantı həddi normativləri layihəsi;
2 TG (hava) Statistik hesabatı (Regional idarə tərəfindən təsdiq olunmuş);
Qəza hadisələri zamanı atmosferə birdəfəlik atılmaların qarşısını almaq üçün tədbirlər planı;
Əlverişsiz meteoroloji şəraitlər zamanı zərərli maddələrin atmosferə atılmasının tənzimlənməsi tədbirləri;
Atılmanın yol verilən hədd normativlərinə nail olmaq üçün nəzərdə tutulmuş tədbirlər planı;
Stasionar mənbələrdən atılmanın razılaşdırılmış analitik-nəzarət qrafiki;
Müəssisənin sanitar-gigiyenik pasportu.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları"nın, "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları"nın və "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları"nın təsdiq edilməsi haqqında 13 iyul 2002-ci il tarixli 112 nömrəli Qərarı.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ