Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi.
Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi.
Əlavə məlumat
Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün.
İcazənin verilməsinə görə ödənişin məbləği
- Bakı şəhəri üzrə-70 manat;
- Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə-50 manat,
- Digər regionlar 35 manat
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
30 gün.
İcazənin qüvvədə olma müddəti
Müqavilə ilə nəzərdə tutulmuş müddətə
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
1.reklam yayıcısının ərizəsi;
2.reklamın yerləşdirilməsi və yayımı üçün müvafiq haqqın ödənilməsini təsdiq edən sənəd;
3.reklam daşıyıcısının yerləşəcəyi ərazinin rəngli fotosu;
4.reklam daşıyıcısının rəngli layihəsi və eskizi;
5.küçə reklamı bina, tikili və digər obyektlərdə yerləşəcəksə, bu barədə mülkiyyətçi ilə bağlanmış müqavilənin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;
6.reklam daşıyıcısının bu Qaydaların 2.5-ci bəndində göstərilən tələblərə uyğun olduğu barədə müvafiq orqanların rəyi.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu, 30.10.1997-ci il, 376-IQ nömrəli,
2. “Reklam yayımına icazə (razılıq) verilməsi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03.11.2001-ci il tarixli, 596 nömrəli Fərmanı.
3. “Dövlət Rusumu haqqında” Azərbaycan Respublikasının Qanunu, 04.12.2001-ci il tarixli, 223-IIQ nömrəli.