İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Həvəskar balıq ovu üçün istifadə

İcazənin adı

Həvəskar balıq ovu üçün istifadə


İcazənin verilməsinə görə ödənişin məbləği

110-22000 manatadək.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

15 gün.


İcazənin qüvvədə olma müddəti

5 il.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Ərizə (hüquqi şəxslər üçün təşkilati hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi, bankın adı, fəaliyyət növü, fiziki şəxslər üçün adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsi, (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü ərizədə öz əksini tapmalıdır). Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti, vergi orqanlarında qeydiyyata alınması haqqında müvafiq sənədin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu təsdiq edən sənədin surəti, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd, əlavə şərtləri əks etdirən sənədlər.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 09 iyun 2010-cu il tarixli 201-III saylı Fərmanı ilə təsdiq olunmuş Əsasnaməsi.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ