İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Efir-kabel TV baza stansiyasının (paylayıcı şəbəkənin) istismarına icazə.

İcazənin adı

Efir-kabel TV baza stansiyasının (paylayıcı şəbəkənin) istismarına icazə.


İcazənin verilməsinə görə ödənişin məbləği

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23.07.2004-cü il tarixli 9 nömrəli qərarı.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

15 gün.


İcazənin qüvvədə olma müddəti

3 ay – 1 il.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Təşkilatın nizamnaməsi;
İstifadəçilərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;
Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
Uyğunluq sertifikatının surəti;
Anket sənədi;
Radiotezliklər üzrə Dövlət Komissiyasının müvafiq qərarı;
Radiotezliklər üzrə Dövlət Komissiyasının müvafiq (quraşdırılacaq yer barəsində) rəyi;
Milli Televiziya və Radio Şurası tərəfindən verilən fəaliyyət növü haqqında şəhadətnamənin surəti;
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilən xüsusi icazənin surəti.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2007-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ