Nömrə resurslarının ayrılması və istifadəsinə icazə.
Nömrə resurslarının ayrılması və istifadəsinə icazə.
İcazənin verilməsinə görə ödənişin məbləği
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 12.04.2006-cı il tarixli 09 nömrəli qərarı əsasında müxtəlif nömrə resursları üçün müxtəlif ödənişlər tələb olunur.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
30 gün.
İcazənin qüvvədə olma müddəti
Ərizəçinin müraciətinə uyğun olaraq müddətli və ya müddətsiz.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
İcazə almaq üçün ərizə;
hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (fiziki şəxslər üçün-adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir. ünvanı));
ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;
ərizəçinin fəaliyyət göstərdiyi ünvandan istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
telekommunikasiya sahəsində xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə xidmətin təşkili üçün nömrə resurslarının ayrılması haqqında müraciət olunduğu halda xüsusi razılığın (lisenziyanın) surəti;
nömrə resurslarının istifadəsi üçün nəzərdə tutulan telekommunikasiya xidmətlərinin siyahısı və qurulacaq telekommunikasiya şəbəkəsinin struktur sxemi.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 12 mart 2007-ci il tarixli 36 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 19 mart 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”.